Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 190 yoluxma faktı qeydə alınıb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 190 yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 794 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 998 nəfər müalicə olunaraq sağalıb, 9 min 723 nəfər vəfat edib. Aktiv xəstə sayı 867 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 893, bu günə qədər isə ümumilikdə 7 milyon 2 min 575 test icra olunub.
2022-07-17