Azərbaycan və Almaniya alüminium istehsalı üzrə birgə müəssisə yaradır
“Azərbaycan Sənaye Korporasiyası” ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir qeyd edib ki, layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon dollar həcmində sərmayə qoyulması nəzərdə tutulur. Bu, 800-dən çox yeni iş yerinin yaradılmasına, alüminium sənayesinin inkişafı, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək.
2022-07-18