Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 434 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 434 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 434 yoluxma faktı qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 798 min 838 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 786 min 682 nəfər müalicə olunaraq sağalıb, 9 min 748 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 408 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 129, bu günə qədər isə ümumilikdə 7 milyon 45 min 427 test icra olunub.

2022-07-31