Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 393 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 393 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 393 yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 798 min 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 786 min 358 nəfər müalicə olunaraq sağalıb, 9 min 747 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 299 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 952, bu günə qədər isə ümumilikdə 7 milyon 42 min 298 test icra olunub.

2022-07-30