Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 399 yoluxma faktı qeydə alınıb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 399 yoluxma faktı qeydə alınıb, 271nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 797 min 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 min 437 nəfər müalicə olunaraq sağalıb, 9 min 741 nəfər vəfat edib. Aktiv xəstə sayı 2103 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 543, bu günə qədər isə ümumilikdə 7 milyon 33 min 280 test icra olunub.
2022-07-27