Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 306 yoluxma faktı qeydə alınıb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 306 yoluxma faktı qeydə alınıb, 258 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 796 min 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 min 166 nəfər müalicə olunaraq sağalıb, 9 min 739 nəfər vəfat edib. Aktiv xəstə sayı 1977 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 739, bu günə qədər isə ümumilikdə 7 milyon 29 min 737 test icra olunub.
2022-07-26