Kurort-rekreasiya ehtiyatları
Xəzər dənizi sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Bolluca günəş radiasiyası, uzun və geniş çimərliklərdəki narın qumlar və s. Burada kurort-rekreasiya imkanlarının Qafqazın məşhur Qara dəniz sahillərindən üstünlüyünə sübutdur. Ona görə də hələ 1983-cü ildə Azərbaycan və Dağıstanın dəniz sahili rayonlarında kurortların inkişaf etdirilməsi üçün SSRİ Nazirlər Kabineti "Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort bazasının yaradılması" haqqında qərar verdi. Azərbaycan sahil zonasının 680 km-i kurort-sanatoriya kompleksinin yaradılması üçün yararlı sayılmışdır. Xəzərin Azərbaycan sahil zonasının böyük turizm imkanları vardır. Birinci turist bazası Bakıda hələ 1958, Yalamadakı "Xəzər" turist bazası isə 1963-cü ildə yaradılmışdır. Hazırda Xəzər dənizi sahilləri Azərbaycan Respublikası vətəndaşlarının əsas istirahət zonalarıdır. Bu sahillərdə, xüsusən Abşeron yarımadasında, bağ və bağçılıq təsərrüfatları geniş yayılmışdır. Eyni zamanda təəssüflə qeyd etmək lazımdır ki, Xəzərin qızıl qumlu çimərlikləri, sahil zonasındakı mineral sular, müalicəvi palçıqlar və s. resurslar sistemsiz və faydasız şəkildə istfadə olunur.
Karbohidrogen ehtiyatları
Xəzərin Abşeron şelfində ilk neft quyusu 1820-ci ildə qazılmışdır. Ancaq 38 il sonra ABŞ-da, Pensilvaniya ştatında neft qazma işləri başlamışdır. Artıq XIX əsrin ortalarından Xəzər öz varlığının neft erasına daxil olmuşdur. 1913-cü ildə Azərbaycanda Çar Rusiyası imperiyası neftinin 83%-i istehsal olunur, XX əsrin əvvəllərində neft emalına görə Azərbaycan dünyada birinci yeri tutur. SSRİ dövründə Azərbaycanda ən çox neft 1941-ci ildə hasil olunmuşdur — 23 mln. ton. Xəzərdə ildə 10 mln. ton neft istehsal olunurdu. Dünyanın nüfuzlu proqnoz institutlarının məlumatına görə, Xəzər regionundakı neft və qaz kondensatın ehtimal ehtiyatları 18-20 mlrd. tona yaxındır. Sübut olunmuş neft ehtiyatları isə 10 mlrd. tondur və bunun 3 mlrd. tonu Xəzərin Azərbaycan sektoruna düşür.
Region digər mineral ehtiyatlardan tikinti daşları ilə, o cümlədən bəzək daşlarının qiymətli növləri və müxtəlif duzlarla zəngindir.
Bioloji ehtiyatlar
Xəzər dənizinin bioloji resursları böyükdür və praktiki olaraq qiymətsizdir, 1809 növ və qruplarda təmsil olunmuşlar. Onlardan 1069-u sərbəst yaşayır, 325 parazitik, 415 onurğalılar növünə daxildir. Xəzərdə qalıb, artan nərə balıqları bu növün dünya ehtiyatı və genofondunun əsasını təşkil edir və xüsusi əhəmiyyətə malikdir. Hazırda Xəzər dünyada bu növün yaşadığı əsas daxili sututarıdır, bu növün dünya balıq hasilatının 90%-i Xəzərə mənsubdur. Eyni zamanda voblı, sazana, sudaka kimi qiymətli şirin su balıqlarının ehtiyatına görə də Xəzər daxili sututarları arasında aparıcı yerlərdən birini tutur. Kütüm, kefal, leş, kilkə, karp, okuğ, losos, adi şuka kimi balıqlar da yaxşı qida və ticarət mənbəyidir, balıqçılar üçün xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Xəzər dənizində 101 balıq növü qeydə alınmışdır. Xəzərdə üçüncü dövr sarmat və pont dənizləri vaxtının faunası saxlanmışdır. Xəzər suiti yeganə məməli su heyvanıdır.
Qoruqlar və yasaqlıqlar
Xəzərin florası 728 növ və qruplardan ibarətdir. Çayların aşağı axarı və dənizin dayaz hissələri su bataqlıq quşları üçün qiymətli yem və yuva qurma yerləridir. Ramsar konvensiyasına əsasən onların mühafizəsi üçün Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda — Qızılağac, Rusiyada — Həştərxan, Türkmənistanda — Xəzər (1994-cü ilə qədər Krasnovodsk).
Qızılağac qoruğu Azərbaycanın ucqar cənub-şərqində, Xəzər dənizinin eyniadlı körfəzində yerləşmişdir, sahəsi 180 ha yaxındır, 1926-cı ildə yaradılmışdır. Böyük və Kiçik Qızılağac hissələrinə bölünür. Xəzərdə məskunlaşmış 101 balıq növündən 54-nə burada rast gəlinir. Dənizdə su səviyyəsinin dəyişməsi körfəz-qoruğun hidroloji, hidrokimyəvi və bioloji rejiminə kəskin təsir göstərir. Qoruğun xaraterik nümayəndələri bunlardır: turac, qızıl qaz, ördəklər, su sonası, lısuxa, nırok, qağayılar və s.
Abşeron qoruğu 2005-ci ildə yaradılmışdır.