KOMİTƏLƏR

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 30 yanvar 1992-ci il tarixdə yaradılmışdır.

Dövlət Gömrük Komitəsi çox qısa bir tarixi inkişaf yolunda özünün struktur fəaliyyətinin genişləndirilməsi, ölkəmizdə mal dövriyyəsinin sürətləndirilməsi, gömrük ərazisinin müdafiə və təmin olunması, eləcə də xarici əlaqələr iştirakçıları üçün əlverişli şəraitin yaradılması məqsədilə yeni gömrük orqanları və sərhəd gömrük postlarının açılması, gömrük orqanlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradılması və Gömrük Məcəlləsinin qəbul edilməsi, ən mühüm dövlət tapşırıqlarından biri olan dövlət büdcəsinin formalaşdırılmasında yaxından iştirak etməsi, gömrük işinin beynəlxalq normalara uyğun təşkil olunması, Ümumdünya Gömrük Təşkilatının üzvü kimi inkişaf etmiş dövlətlərin gömrük təşkilatları ilə

Ölkəmizdə investisiya qoyuluşunun artırılması, iqtisadiyyatımızın inkişaf etdirilməsində mühüm rol oynaya biləcək xarici iş adamlarına şərait yaradılması istiqamətində mühüm işlər görülür. Gömrük Komitəsi tərəfindən respublikamızda fəaliyyət göstərən xarici iş adamları ilə birgə əməkdaşlıq məqsədi ilə mütəmadi görüşlər keçirilir. Gömrük işi ilə bağlı onların qarşısında yaranan problemlərin aradan qaldırılması istiqamətində birgə tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi saytı

 

Azərbaycan Respublikasinin Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi

Komitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 fevral 2006-cı il  Sərəncamı ilə yaradılmışdır.

Komitə şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünü idarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini, dövlət şəhərsalma kadastrının aparılması üçün normativ-metodoloji təminatın yaradılmasını və bütövlükdə respublika üzrə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını, bina, qurğu və onların komplekslərinin memarlıq planlaşdırma və layihələndirmə həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytı

 

Azərbaycan Respublikasinin Ailə, Qadın Və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;​
  • müvafiq sahənin inkişafını təmin edir;​
  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Ailə, Qadın Və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin rəsmi saytı

 

Dövlət Statistika Komitəsi

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ölkənin iqtisadi və sosial sahələrində vahid metodologiya əsasında statistik məlumatlar sisteminin fəaliyyətini təmin edir. Dövlət Statistika Komitəsi Azərbaycan Respublikası mərkəzi icra orqanları sistemində fəaliyyət göstərən, statistika və uçot işinə rəhbərlik edən müstəqil mərkəzi iqtisadi dövlət idarəetmə orqanıdır.

Dövlət Statistika Komitəsi öz fəaliyyətini respublikada baş verən sosial-iqtisadi proseslərin obyektiv və hərtərəfli öyrənilməsi prinsipləri əsasında həyata keçirir, respublikanın sosial-iqtisadi vəziyyətinə dair məlumatların aşkarlığını təmin edir, hüquqi və fiziki şəxslərin hüquqlarına hörmət edərək və onların ilkin fərdi məlumatlarının məxfiliyini qoruyaraq statistik məlumatların rolunun artırılmasına yönəldilən siyasətin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı

 

Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi

2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncam ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur.

Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Qloballaşan dünyanın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoyur. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir.

Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin rəsmi saytı

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ictimayyəti məlumatlandırmaq məqsədi ilə iki ayda bir dəfə bülleten buraxır.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəsmi saytı

 

Azərbaycan Respublikası Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, Komitənin əsas vəzifələri qaçqınların, məcburi köçkünlərin və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin müvəqqəti məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması, qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmalarına şərait yaratmaq məqsədi ilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə məqsədyönlü iş aparılması, onlar üçün mənzil və sosial obyektlərin, təmir-tikinti işlərinin aparılması, tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatı və s. problemlərin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikası Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin rəsmi saytı