SÜDLÜ ŞƏRBƏT

Ərzaqlar:
şəkər – 30 q.
su – 70 q.
süd – 100 q.

Su qaynadılır və şəkər həll edilib soyudulur. Süd ayrıca qaynadılır və soyuduqdan sonra şərbətə qatılır.

 

OVŞALA

Ərzaqlar:
şəkər – 30 q.
qızıl gül ləçəkləri – 20 q.
limon turşusu – 0,1 q.
su – 150 q.
buz – 20 q.

Qızıl gül ləçəklərinə qaynayan su tökülür, limon turşusu əlavə edilir və 8-10 saat saxlanılır. Bundan sonra süzülür, şəkər əlavə edilir və soyudulur. Bəzən üzərinə gülab tökülür.

 

LİMON ŞƏRBƏTİ

Ərzaqlar:
limon – ¼ əd.
şəkər – 50 q.
zəfəran – 0,1 q.
su – 100 q.
reyhan və ya keşniş toxumu – 0,1 q.
buz
– 50 q.

Limon qabığı xırda doğranılır, üzərinə qaynar su, reyhan və ya nanə toxumu əlavə edilir. 3-4 saat saxlanılır, süzülür, şəkər və limon şirəsi qatılıb soyudulur. Süfrəyə verdikdə zəfəran şirəsi və buz əlavə edilir.

 

ŞƏKƏR ŞƏRBƏTİ

Ərzaqlar:
şəkər – 50 q.
zəfəran – 0,1 q.
keşniş toxumu – 0,1 q.
hil – 0,1 q.
su – 120 q.
buz – 50 q.

Zəfəran xırdalanmış keşniş toxumu və hil 3-4 saat qaynadılmış suda saxlanılır və şəkər əlavə edilir. Süzülür və soyudulur.

 

NANƏLİ ŞƏRBƏT

Ərzaqlar:
şəkər – 30 q.
nanə toxumu
– 0,4 q. və ya təzə nanə – 15 q.
su – 150 q.
buz – 50 q.

Zirə şərbəti kimi hazırlanır. Təzə nanə dəmi almaq üçün onu xırdalayıb üzərinə qaynadılmış su tökürlər.

 

SUMAQ ŞƏRBƏTİ

Ərzaqlar:
şəkər – 50 q.
sumaq – 20 q.
su – 150 q.
buz – 50 q.

Sumaq qaynar suda 3-4 saat saxlanılır, süzülür, şəkər əlavə edilib soyudulur. Süfrəyə verildikdə içərisinə buz salınır.

 

ZİRƏ ŞƏRBƏTİ

Ərzaqlar:
şəkər – 50 q.
zirə
– 0,12 q.
hil
– 0,1 qs.
su – 120 q.

buz – 50 q.

Xırdalanmış zirə və hil toxumu 3-4 saat qaynadılmış suda saxlanılır və şəkər əlavə edilir. Süzülür və soyudulur.

 

MEYVƏ ŞƏRBƏTİ

Ərzaqlar:
limon şirəsi – 20 q.
portağal şirəsi – 40 q.
su – 80 q.
çay dəmi – 5 q.
limon – 5 q.
portağal dilimi – 10 q.
çiyələk və ya albalı.
zoğal – 10 q.
nanə yarpağı – 10 q.
buz
– 0,20 q.

Limon şərbəti kimi hazırlanır. Süfrəyə verildikdə gilə meyvələr, nanə və buz tikələri salınır.

 

NAR ŞƏRBƏTİ

Ərzaqlar:
şəkər – 30 q.
nar şirəsi – 40 q.
su – 120 q.
buz – 20 q.

Şəkər qaynadılmış suda əridilir. Nar ayrıca qaba sıxılır, alınmış şirə şərbətə qatılır və soyudulur.

 

ZƏFƏRAN ŞƏRBƏTİ

Ərzaqlar:
şəkər – 30 q.
su – 150 q.
zəfəran
– 0,15 q.
reyhan və ya nanə toxumu
– 0,1 q.
buz – 20 q.

Zəfəran, reyhan və nanə toxumu qaynadılmış suda 3-4 saat saxlanılır və şəkər əlavə edilir. Şərbət süzülür və soyudulur. Süfrəyə verildikdə içərisinə buz tikələri salınır.