MEYVƏ PLOV
Ərzaqlar:
düyü – 150 q.
ərinmiş yağ – 50 q.
kişmiş – 30 q.
ərik qurusu – 25 q.
qaysı – 20 q.
qara gavalı qurusu – 25 q.
un – 10 q.
yumurta – 1 əd.
duz, istiot
Südlü plov kimi hazırlanır, lakin düyü suda bişirilir. Dəmə yağda bişirilmiş meyvə ilə birlikdə qoyulur. Süfrəyə verildikdə plovun üstünə yağda bişirilmiş meyvə və qazmaq qoyulur, yağ tökülür.
SƏBZİ-QOVURMA PLOV
Ərzaqlar:
qoyun əti – 221 q.
düyü – 150 q.
ərinmiş yağ – 50 q.
baş soğan – 50 q.
göyərti (kəvər, keşniş, ispanaq, turşəng)- 150 q.
limon turşusu – 0,1 q. və ya abqora – 5 q.
zəfəran – 0,1 q.
istiot, duz
Yumşaq qoyun əti 35-40 qramlıq tikələrə doğranır, duz və istiot vurulub qızardılır. Ətin üzərinə yağda qızardılmış soğan, abqora, iri doğranılmış göyərti əlavə edib bişirilir. Ayrıca bişirilmiş plovun bir hissəsinə zəfəran vurulur. Boşqaba çəkilib yanına səbzi-qovurma qoyulur, üzərinə yağ tökülür.
FİSİNCAN PLOV
Ərzaqlar:
qoyun əti – 220 q., və ya toyuq əti – 21 q.
düyü – 150 q.
ərinmiş yağ – 50 q.
qoz ləpəsi – 50 q.
nar – 50 q. və ya narşərab – 15 q.
limon turşusu – 2 q. və yaxud abqora – 15 q.
baş soğan – 20 q.
darçın – 0,2 q.
zəfəran – 0,1 q.
istiot, duz
Toyuq əti tikələrə doğranır, duz və istiot vurulub qarışdırılır. Suda ərinmiş limon turşusu və ya abqora qara çuqun tavada qaynadılıb döyülmüş qozun üstünə tökülür. Hazırlanmış toyuğa yağda qızardılmış soğan, qoz ləpəsi, azacıq bulyon, nar dənələri, darçın vurulub hazır olunca bişirilir. Fisincanı ətdən hazırladıqda qoyun əti qiyməsindən balaca küftələr yumurlanır, yağ-su qarışığında bişirilir və toyuq ətindən fisincanda olduğu kimi hazır vəziyyətə gətirilir, düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, yanına fisincan və bir tikə qazmaq qoyub üstünə yağ tökülür.
ŞİRİN PLOV
Ərzaqlar:
düyü – 150 q.
ərinmiş yağ – 50 q.
kişmiş – 30 q.
ərik qurusu (qaysı) – 30 q.
şəkər – 40 q.
qara gavalı qurusu – 30 q.
buğda unu – 10 q.
yumurta – 1 əd.
duz, istiot
Meyvələr yağda şəkər əlavə etməklə qovurulur. Düyüdən yarım hazır vəziyyətdə plov bişirilir, meyvə ilə qarışdırılıb dəmə qoyulur. Süfrəyə verildikdə təpəcik şəklində boşqaba çəkilir, üstünə qazmaq və qara gavalı qurusu qoyulur.
QİYMƏ-ÇIĞIRTMA PLOV
Ərzaqlar:
qoyun əti – 165 q.
düyü – 150 q.
ərinmiş yağ – 50 q.
baş soğan – 30 q.
yumurta – 2 əd.
zəfəran – 0,1 q.
istiot, duz
Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.
XAM-DÖŞƏMƏ PLOV
Ərzaqlar:
qoyun əti – 217 q.
düyü – 150 q.
ərinmiş yağ – 40 q.
kişmiş – 15 q.
qaysı – 15 q.
albuxara – 15 q.
xurma – 10 q.
şabalıd – 30 q.
qabaq – 100 q.
istiot, duz
Quzu ətindən hər paya 2-3 sümüksüz tikə kəsib duz və istiot vurulur. Meyvə və şabalıd yağda bişirilir. Qazanın dibinə yağ töküb qaymaq əvəzinə dilim-dilim doğranmış qabaq, onun üstünə ət tikələri və meyvə-şabalıd qarışığı yerləşdirilir. Ayrıca bişirilmiş düyü onların üzərinə tökülür və zəif od üzərində dəmə qoyulur. Süfrəyə verilən zaman plov boşqaba çəkilir, yanına quzu əti, meyvə-şabalıd və qabaq qoyulur, üstünə yağ tökülür.
PARÇA DÖŞƏMƏ PLOV
Ərzaqlar:
qoyun əti – 217 q.
düyü – 150 q.
ərinmiş yağ – 40 q.
kişmiş – 15 q.
qaysı – 15 q.
albuxara – 15 q.
xurma – 10 q.
şabalıd – 30 q.
qabaq – 100 q.
istiot, duz
Quzu ətindən hər paya 2-3 sümüksüz tikə kəsib duz və istiot vurulur. Meyvə və şabalıd yağda bişirilir. Qazanın dibinə yağ töküb qaymaq əvəzinə dilim-dilim doğranmış qabaq, onun üstünə ət tikələri və meyvə-şabalıd qarışığı yerləşdirilir. Ayrıca bişirilmiş düyü onların üzərinə tökülür və zəif od üzərində dəmə qoyulur. Süfrəyə verilən zaman plov boşqaba çəkilir, yanına quzu əti, meyvə-şabalıd və qabaq qoyulur, üstünə yağ tökülür.
LOBYA-ÇİLOV PLOV
Ərzaqlar:
qoyun əti – 221 q.
ərinmiş yağ – 50 q.
ağ lobya – 50 q.
düyü – 100 q.
kişmiş – 40 q.
baş soğan – 40 q.
zəfəran – 0,1 q.
darçın – 0,2 q.
istiot, duz
Hər paya 2-3 tikə ət götürülür, duz, istiot vurulub soğanla qızardılır, zəfəran şirəsi və bulyon əlavə edilib hazır olunca bişirilir. Lobya və düyü ayrılıqda bişirilir və süzülərək qarışdırılıb dəmə qoyulur. Kişmiş yağ içində ayrıca bişirilir. Süfrəyə verildikdə boşqaba düyü ilə lobya çəkilir, üstünə kişmiş, qazmaq qoyulur, yağ tökülür və darçın səpilir. Ət ayrıca verilir.
ALİ MÜSƏMBƏ PLOV
Ərzaqlar:
qoyun əti – 221 q.
düyü – 150 q.
ərinmiş yağ – 50 q.
albuxara – 20 q.
qara gavalı qurusu – 40 q.
baş soğan – 50 q.
darçın – 0,2 q.
zəfəran – 0,1 q.
mixək – 0,05 q.
istiot, duz
Qoyun əti paylıq tikələrə doğranıb yağda qızardılır, az miqdarda bulyon, yağda qızardılmış soğan, qara gavalı, albuxara və ədviyyat qatılıb öz buğunda bişirilir. Ayrıca bişirilmiş plov boşqaba çəkilir, üstünə öz şirəsi ilə birlikdə hazır ət qoyulur, yağ tökülür və darçın səpilir.
OV QUŞU İLƏ PLOV
Ərzaqlar:
Ov quşu (qırqovul, kəklik, və ya turac) – 330 q.
düyü – 120 q.
ərinmiş yağ – 40 q.
kişmiş – 30 q.
zoğal axtası – 20 q.
qaysı – 25 q.
şabalıd – 50 q.
zəfəran – 0,1 q.
duz, istiot
Emal edilmiş ov quşu yarım hazır olana qədər bişirilir. Soğan yağda qızardılır, ona kişmiş, xırda doğranmış meyvə qurusu və şabalıd əlavə edilir. Sonra bunlar quşun içərisinə doldurulur. Düyüdən adi qaydada plov bişirilir, içi doldurulmuş quş təmiz tənzifə bükülür və qazanda düyünün altına yerləşdirilib dəmə qoyulur. Süfrəyə verilən zaman boşqaba düyü çəkilib üstünə qiymələnmiş quş əti qoyulur və yağ tökülür. Qiymələnmiş cücə plov da bu üsulla hazırlanır.
QİYMƏ PLOV
Ərzaqlar:
qoyun əti – 221 q.
düyü – 100 q.
ərinmiş yağ – 50 q.
kişmiş – 30 q.
zoğal axtası – 20 q.
baş soğan – 40 q.
şabalıd – 30 q.
zəfəran – 0,1 q.
un – 6 q.
yumurta – 1 əd.
darçın – 0,2 q.
istiot, duz
Qoyun əti qiyməsi tavada qızardılır, şabalıd təmizlənib xırda doğranır, kişmiş və zoğal axtası ilə birlikdə yağda qovrulur və onların hamısı ətə qatılıb hazır olana qədər bişirilir. Süfrəyə verdikdə ayrıca bişirilmiş plov boşqaba çəkilir, üstünə qazmaq və qiymə qoyulur, yağ tökülür və darçın səpilir.
ŞAŞƏNDAZ PLOV
Ərzaqlar:
düyü – 150 q.
ərinmiş yağ – 50 q.
yumurta – 2 əd.
baş soğan – 100 q.
limon turşusu – 0,5 q.
şəkər – 5 q.
zəfəran – 0,1 q.
darçın – 0,2 q.
istiot, duz
Soğan yağda qızardılır, limon duzu və şəkər qatılır. Üstünə çalınmış yumurta əlavə edilib bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə plovun üstünə qayğanaq qoyulur, yağ tökülür və darçın səpilir.
ÇIĞIRTMA PLOV
Ərzaqlar:
toyuq əti – 216 q.
düyü – 150 q.
ərinmiş yağ – 40 q.
baş soğan – 40 q.
yumurta – 1 əd.
limon turşusu – 0,05 q.
zəfəran – 0,1 q.
duz, istiot
Emal edilib yuyulmuş cücə 35-40 qramlıq tikələrə doğranır, duzlanır və tavada yağ içində qızardılır. Bəzən cücə suda yarım hazır olana qədər bişirilir. Ona yağda qızardılmış soğan, limon turşusu, istiot, zəfəran vurulur üzərinə çalınmış yumurta tökülüb qızdırıcı şkafda bişirilir. Süfrəyə verilən zaman boşqaba təpəcik şəklində düyü çəkilir, yanına hazır çığırtma və bir dilim limon qoyulur, üzərinə yağ tökülür.
TOYUQ PLOV
Ərzaqlar:
toyuq əti – 207 q.
düyü – 100 q.
baş soğan – 20 q.
badam ləpəsi – 10 q.
ərinmiş yağ – 10 q.
kişmiş – 50 q.
zirə – 0,1 q.
zəfəran – 0,1 q.
istiot, duz
Toyuq suda bişirilir. Badam və meyvə yağda qovurulur, ayrı yağda qızardılmış soğan və zirə əlavə edilir. Ayrıca bişirilmiş plov boşqaba çəkilir, üstünə meyvə, toyuq ətinin tikəsi, qazmaq qoyulur və yağ tökülür.
ŞÜYÜD PLOV
Ərzaqlar:
düyü – 150 q.
ərinmiş yağ – 50 q.
yumurta – 2 əd.
süd – 30 q.
şüyüd – 60 q.
zəfəran – 0,1 q.
duz, istiot
Düyüdən adi qaydada plov hazırlanır və dəmə qoyulduqda narın doğranmış şüyüdlə qarışdırılır. Yumurtanı südlə çalıb omlet bişirir, paxlava şəklində doğranır. Boşqaba plov çəkilib üstünə omlet tikələri qoyulur və yağ tökülür. Bəzən omlet əvəzinə bişirilmiş qoyun əti götürülür.
KÜKÜ PLOV
Ərzaqlar:
Hisə verilmiş kütüm – 180 q.
düyü – 100 q.
ərinmiş yağ – 50 q.
yumurta – 1 əd.
istiot, duz
Kütüm küküsü hazırlanır. Düyü və lobya ayrılıqda bişirilir, qarışdırılır, yağ vurulub dəmə qoyulur. Süfrəyə verdikdə boşqaba lobyalı plov çəkilir, yanına ayrıca paxlava şəklində doğranmış kütüm küküsü qoyulur.
SÜDLÜ PLOV
Ərzaqlar:
Hisə verilmiş kütüm – 182 q.
düyü – 100 q.
ərinmiş yağ – 40 q.
süd – 250 q.
buğda unu – 20 q.
kişmiş – 50 q.
ərik qurusu – 50 q.
xurma – 25 q.
şəkər – 20 q.
yumurta – 1 əd.
zəfəran – 0,1 q.
duz, istiot
Düyü süddə yarım hazır olana qədər bişirilir, şəkər, yağ və zəfəran vurulub 1 saat saxlanılır. Sonra düyü kəfgirlə asılır, dibinə un, yumurta və sudan hazırlanmış nazik lavaş salınan qazanın içinə tökülüb 30-40 dəqiqə dəmə qoyulur. Kişmiş, ərik qurusu və xurma yağda bişirilir. Süfrəyə verdikdə boşqaba düyü çəkilir, yanına qazmaq və meyvə qoyulur. Plovun yanında ayrıca buğda bişirilmiş kütüm balığı verilir.