AZƏRBAYCANDİLLİ TELEVİZİYA VƏ RADİO KANALLARININ SİYAHISI

Dünyada ilk azərbaycandilli televiziya kanalı 14 fevral 1956-cı ildə Azərbaycan SSR-in Bakı şəhərində Azərbaycan Televiziyasının yaradılması ilə yaranmışdır. 1963-cü ildə Naxçıvan şəhərində Naxçıvan Televiziyasının yaradılması ilə dünyada ilk azərbaycandilli regional televiziya kanalı yaranmışdır. 9 mart 1991-ci ildə Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən Azerbaijan News Service Televiziyasının (ANS TV) yaradılması ilə dünyada ilk azərbaycandilli özəl televiziya kanalı, SSRİ-də isə ilk özəl televiziya kanalı yaranmışdır. 1992-ci ildə İranda İran İslam Respublikası Teleradio Təşkilatının Sərhədaşırı Bölməsinin nəzdində fəaliyyət göstərən Sahar Televiziyasının azərbaycanca xidmətinin fəaliyyətə başlaması ilə dünyada ilk Azərbaycandan xaricdə fəaliyyət göstərən azərbaycandilli televiziya kanalı yaranmışdır. 5 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin 794 saylı fərmanı ilə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Yayımı Teleradio İstehsalat Birliyi həyata keçirir. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2008-ci ildə verdiyi qərara əsasən 1 yanvar 2009-cu il tarixindən etibarən ölkənin "Teleradioyayım haqqında" qanununa uyğun olaraq Azərbaycan tezliklərində "Kanal D", Samanyolu və ORT 1 kanallarının yayımı dayandırılmışdır.   

 

Dövlət kanalları

      1.   AzTV

      2.   İTV

      3.   İdman Azərbaycan

      4.   Mədəniyyət TV

      5.   CBC

      6.   CBC Sport

Özəl kanallar

      1.   Space TV

      2.   Lider TV

      3.   ATV

      4.   Xəzər TV

      5.   ARB

      6.   Dalğa TV

      7.   Real TV

 

Regional

Dövlət kanalları

      1.   Naxçıvan TV

      2.   Kanal 35

Özəl kanallar

      1.   ARB Kəpəz

      2.   Mingəçevir TV

      3.   Qafqaz TV

      4.   Dünya TV

      5.   ARB Ulduz

      6.   ARB Şimal

      7.   ARB Cənub

      8.   ARB Şəki

      9.   ARB Aran

      10. ARB 24

      11. ARB Günəş

 

Peyk, internet, kabel

      1.   Kanal 13

      2.   Paytaxt kanalı

      3.   AFFA TV

      4.   Muz TV Azərbaycan

      5.   APA TV

      6.   Vision TV

      7.   Aypara TV

      8.   Qlobal TV

      9.   Dəyərlər TV

      10. SƏS TV

 

Xaricdə fəaliyyət göstərən

      1.   Səhər TV

      2.   Günaz TV

      3.   AzCan TV

      4.   İnter AZ

      5.   Amerikanın Səsi

      6.   CanAz TV

      7.   Azadlıq Radiosu

      8.   Hadi TV 3

      9.   Meydan TV

      10. EUROAZ TV

      11. Azarbayjane Gharbi TV

 

Azərbaycan radio kanalları

Azərbaycanda ilk radio kanalı 6 noyabr 1926-cı il tarixində tarixində yayıma başlamışdır. Hal-hazırda ölkədə 15 radio kanalı fəaliyyət göstərir:

      1.   Azərbaycan Radiosu

      2.   Naxçıvan Radiosu

      3.   Burc FM

      4.   106 FM

      5.   Lider Jazz FM

      6.   Antenn FM

      7.   Naxçıvanın Səsi

      8.   Space Radio

      9.   Azad Azərbaycan Radiosu

      10. İctimai Radio

      11. Radio Xəzər

      12. Media FM

      13. Araz FM

      14. Kəpəz FM

      15. Avto FM