GÖRKƏMLİ MUSİQİ XADİMLƏRİ

Mir Möhsün Nəvvab (1833-1918) — astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas.

Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur (Onun musiqiyə həsr etdiyi Kəşfül-həqiqəti-məsnəvi əsəri də məlumdur). Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şeir mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: RastMahurŞahnaz, Rahavi, yaxud RahabÇahargah və Nəva. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəstgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı nə muğamın adını çəkir. Mir Möhsün bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını araşdırır. Belə ki, AzərbaycanNişapurZabuliBağdadiŞirvaniQacarıŞah Xətai və başqa muğamların adlarını onların yaranmasında rol oynamış şəxslərlə və yer adları ilə əlaqələndirir. Rast muğamını bahar mehi, Rəhavini yağış damlaları, Çahargahı ildırım çaxışı, Dügahı fontan vuran bulaqlarla, Humayunu quşların uçuşu, Nəvanı bədbəxt sevgililərin ah-naləsi, Mahuru suların şırıltısı, Şahnazı bülbüllərin cəh-cəhi, Üşşaqı quşların havada süzməsi, Üzzalı meteoritlərin hərəkəti ilə əlaqələndirir.

Nəvvab, eyni zamanda riyaziyyatkimya və astronomiya ilə də maraqlanırdı. O, öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı "Kifayətül-ətfal" kitabında o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqqında cədvəllər tərtib etmişdir. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı. Nəsihətnamə əsərində cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıq idi. Tanınmış pedoqoq və alimin etik görüşləri müəyyən mənada onun Kifayətül-ətfal, Nurül-Ənvar" və Pəndnamə kimi kitablarında da öz əksini tapmışdı. Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab heç şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və məscidə vurduğu naxışlər bizə yadigar qalmışdır.

Xədicə Osman qızı Qayıbova (1893-1938) — incəsənət xadimi və Azərbaycanın ilk qadın pianoçularından biri.

Xədicə xanım atasının səyi nəticəsində Müqəddəs Nina Qızlar məktəbinə daxil olur. O, burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də aldı.

Ancaq atası, bacısı və qardaşını vərəmdən itirən Xədicə xanımın təhsili yarımçıq qalır. Sonrakı bir neçə ildə qadınlar üçün nəzərdə tutulan rus-müsəlman məktəbində dərs deməyə başlayan Xədicə xanım 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçdü. Sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSR Xalq Təhsil Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edildi. O illərdə qurulan Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazandı.

1927-1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil almışdır. 1933-cü ildə Xədicə xanım həbs edildi və əks-inqilabçılıqda ittiham olundu. Ancaq lazımi qədər dəlil olmadığından 3 ay sonra sərbəst buraxılan Xədicə xanım çox keçmədən öz peşəkar fəaliyyətinə davam etdi. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətinə daxil oldu və Azərbaycanın musiqi mirasının araşdırılması ilə vəzifələndirildi.

Lakin 1938-ci ildə Xədicə xanım ikinci dəfə həbs olundu. Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilmişdir. Cəza 1 həftə sonra Bakıda icra olunmuşdur. 1954-cü ildə Xədicə xanımın qızı Sultanova Alanqu Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edərək anası haqqında məlumat istəmişdir. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsinin müstəntiqi Menyayev A. Sultanovanın ərizəsi ilə bağlı bildirmişdir: Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızına bəraət verilmiş və fevralın 29-da qızı Alanquya bu haqda arayış təqdim edilmişdir.

Kövkəb Kamil qızı Səfərəliyeva (1907- 1985)  pianoçu, pedaqoq, professor, Azәrbaycanın ilk pianoçu-pedaqoqu, metodist.

1915-ci ildә Kövkәb Marinski adına ümumtəhsil mәktәbinә daxil olur. Eyni vaxtda o һәm dә fortepiano sinfindә musiqi dәrslәri dә alırdı. 1916-cı ildә isә tәһsilini musiqi texnikumunda davam etdirir. 

1926-cı ildә Kövkәb Səfərəliyeva Musiqi texnikumunu bitirir vә çox gәnc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işә dәvәt edirlәr. Burada o, ilk pedaqoji fәaliyyәtinә başlayır. Mәһz bu seminariyada da möһtәşәm ikilinin — Üzeyir bәylә Kövkәb xanımın tanışlığı vә birgə fәaliyyәtləri başlayır.

Musiqi Texnikumundan sonra Sәfәrәliyeva dövlәt konservatoriyasının fortepiano şöbәsinә daxil olur. Öz dövrünün dәyәrli mütәxәssislәrindәn dәrs alır. Onlardan öyrәndiklәrini isә o, illәr sonra mәhz elә bu musiqi ocağında yeni nәslә öyrәdir. Әvvәlcә tәcrübәçi-pedaqoq sonra isә xüsusi fortepiano sinfinin pedaqoqu kimi fəaliyyət göstərir. Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, 1952-ci ildə həmin tədris müəssisəsinin professoru olmuşdur.

Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaratmış (indiki Bülbül adına məktəb) və onun direktoru olmuşdur.

Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Əşrəf Həsən oğlu Həsənov (1909-1983) — dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri.

1909-cu il yanvarın 24-də Xankəndinin Daşkənd qəsəbəsində dünyaya göz açmışdır. Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə ("Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (J. Bize) və s.) dirijorluq etmişdir. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərlərində olmuşdur.

Azərbaycan radio komitəsi nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir.

Lyudmila Karaqiçeva-Bretanitskaya (1920-2015) —​ musiqişünas, pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi.

L.Karaqiçeva Azərbaycan musiqişünaslığın aparıcı simalarından biridir. Böyük yaradıcılıq qabiliyyətinə və diapazonuna malik olan musiqişünas alimin elmi fəaliyyətinin əsas mövzusu Qara Qarayevin yaradıcılığıdır. "Qara Qarayev", "Qarayevin baletləri", "Qarayevin "İldırımlı yollarla" baletində Afrikanın musiqi folkloru", "Don Kixot" simfonik qravürü və Qarayevin digər əsərləri haqqında işləri diqqətəlayiqdir. Lyudmila Karaqiçeva tələbələrinə müasir incəsənət haqqında mühazirələr oxuyan ilk musiqişünaslardan biri olmuşdur.
Onun bəstəkar və dirijor Niyazi haqqında monoqrafiyası, Azərbaycan musiqisinə aid müxtəlif mövzularda məqalələri də nəşr olunmuşdur. O, Moskvaya köçdüyü müddətə qədər (1988) konservatoriyada işləmişdir. 

Adelaida (Adilə) İrza qızı Məmmədova (1922-2015) — musiqiçi alim, pedaqoq, ictimai xadim.

Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğatçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.

Adelaida xanımın əməyi yüksək qiymətləndirilmiş və o, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”na layiq görülmüşdür.

Azad Həmzə oğlu Əliyev (1928-1994) — skripkaçı, Azərbaycanın xalq artisti.

1951-1971-ci illərdə Azərbaycan Dövlət Simli Kvarteti tərkibində çıxış etmişdir.

Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olmuşdur. Repertuarına rus və Qərbi Avropa bəstəkarlarının əsərləri də daxil idi. Kvartetin tərkibində Beynəlxalq müsabiqələrin laureatı və diplomantı olmuşdur.

1970-1976-cı illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri, 1951-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olmuşdur.

Rauf Canbaxış oğlu Abdullayev (1937)— Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor, Azərbaycanın xalq artisti.

1965-1984 illərdə M.F.Ахundоv аdına Аzərbаycаn Dövlət Оperа və Bаlet Teаtrının bаş dirijоru, 70-ci illərdə Müаsir Musiqi Kаmerа Оrkestrinin və BаKаRа аnsаmblının yаrаdıcılаrındаn biri, 1984-cü ildən Ü. Hаcıbəyоv аdına Аzərbаycаn Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və bаş dirijоru, 1991-1994-cü illərdə Аnkаrа Dövlət Оperа və Bаlet Teаtrının bədii rəhbəri və bаş dirijоru, beynəlхаlq əhəmiyyətli musiqi festivаllаrının və layihələrin iştirаkçısı оlmuşdur. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq etmişdir. Bir çох ölkələrdə (RusiyaAlmaniyaHollandiyaİsveçrə, FransaTürkiyəMisirABŞİtaliyaBƏƏ, və s.) məşhur kоllektivlərə dirijоrluq etmişdir. Repertuarına bir çox Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

1970-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, 1993-cü ildən 1997-ci ilədək Baş dirijor kimi çalışdığı Ankara Opera və Balet Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə “Türkiyədə İlin ən yaxşı dirijoru” adına layiq görülmüşdür. 2017-ci ildə İstiqlal” ordeni ilə təltif olunub.

Nazim Əsədulla oğlu Rzayev (1925-2007) — Azərbaycan dirijoru, professor (1985).

Nazim Rzayev 1958-1960-cı illərdə AOBT-nın dirijoru olmuş, 1960-1963-cü illərdə Moskvada Böyük Teatrda təcrübə keçmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. Ömrünün son illərində Türkiyədə işləyib. Üzeyir Hacıbəyovun bir neçə əsərinə dirijorluq etmişdir. 1984-1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olmuşdur.

1977-ci ildə Azərbaycan SSR-nin xalq artisti adını almış, 1980-ci ildə SSRİ və 1974-cü ildə Azərbaycan Dövlət mükafatları laureatı olmuşdur.

Fərhad Şəmsi oğlu Bədəlbəyli (1947) — pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru

1965-1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969-1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.

Bu gün F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtalliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexiya, Slovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir.Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.

1995-ci ildən o, "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur.