AZƏRBAYCAN — ICESCO

Azərbaycan Respublikası 1991-ci ildən ICESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Respublikamızın birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva İslam ölkələrinin daxil olduğu bu təşkilatın yüksək adına layiq görülmüş ilk qadındır.

Hazırda İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının ICESCO-nun dünyada nüfuzu getdikcə artır. ICESCO-nun sabiq Baş direktoru Ə.O.əl-Tuveycri ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını və bu əməkdaşlığın genişləndirilməsinə marağını dəfələrlə vurğulamış, 2006-cı ildən etibarən Respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir. Bu sırada Bakıda keçirilmiş aşağıdakı tədbirlər “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfrans (12 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forum (1011 iyun 2008-ci il), İslam ölkələri Elm və təhsil nazirlərinin VI Konfransı (67 oktyabr 2008-ci il), “Bakı — İslam mədəniyyətinin paytaxtı 2009” Mədəniyyət ilinin açılış mərasimi (18 fevral 2009-cu il), İslam ölkələri Mədəniyyət nazirlərinin VI Konfransı (1315 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı sammiti (2627 aprel 2010), Ümumdünya mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumları xüsusilə qeyd edilməlidir. 

ICESCO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim A.İmanquliyevanın “Müasir ərəb ədəbiyyatının korifeyləri” əsəri və “Ərəb hərfləri ilə Azərbaycan yazısı” kitabı ərəb dilində çap edilmişdir. 

ICESCO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində ICESCO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstək diqqətə layiqdir. ICESCO çərçivəsində qəbul edilmiş qərarlarda Dağlıq Qarabağ problemi ilə bağlı maddələr öz əksini tapmışdır. 

0709 aprel 2011-ci il tarixlərində ICESCO-nun sabiq Baş direktoru Ə.O.əl-Tuveycri “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nda iştirak etmək məqsədilə Bakıda səfərdə olmuşdur. 

Ə.O.əl-Tuveycri 2011-ci ildə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülmüşdür. O, sözügedən mükafatın təqdim edilməsi məqsədilə 2011-ci ilin 911 may tarixlərində Bakıya səfər edərək, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilmiş tədbirlərdə iştirak etmişdir. 
17 oktyabr 2011-ci il tarixində
ICESCO-nun Rabat şəhərindəki Daimi qərargahında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə Sivilizasiyaların Alyansı üzrə Əlaqələndirmə Mərkəzinin 2-ci toplantısı çərçivəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə tədbir keçirilmişdir.

1214 dekabr 2011-ci il tarixlərində ICESCOvə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Qızların təhsilinin təşviq edilməsi: hazırkı vəziyyət, çağırışlar və gəlcək perspektivlər” mövzusunda beynəlxalq tədbir keçirilmişdir. 

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı 2012-ci ilin fevralın 24-də ICESCO​-nun mənzil qərargahında anma mərasimi keçirilmişdir. 

Tədbirin hazırlanması və keçirilməsi ilə bağlı ICESCO​-nun baş direktoru Ə.O.əl-Tüveycrinin göstərdiyi səylər və onun mərasimdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqrımı barədə ədalətli və cəsarətli çıxışı xüsusilə qeyd edilməlidir.

ICESCO​-nun Baş direktoru Ə.O.ət-Tuveycri Bakıda keçirilmiş “23-cü Crans Montana illik forum”da iştirak etmək məqsədilə 2012-ci ildə tarixlərində ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində Ə.O.ət-Tuveycri Respublikamızın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən qəbul edilmişdir. Mehriban xanım Əliyeva ICESCO​-nun 30 illik yubiley xatirə qızıl medalı ilə təltif edilmişdir.

ICESCO​-nun Baş direktoru Ə.O.ət-Tuveycri “İkinci Bakı Beynəlxalq Humanitar Forumu”nda iştirak etmək məqsədilə 4—5 oktyabr 2012-ci il tarixlərində ölkəmizdə səfərdə olmuşlar. Səfər çərçivəsində Ə.O.ət-Tuveycri Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir. Ə.O.əl-Tüveycri təşkilatın fəaliyyətinə göstərdiyi yüksək qayğıya və dəstəyə görə ICESCO​-nun 30 illiyinə həsr olunmuş emblemi dövlətimizin başçısına təqdim etmişdir.

7 may 2013-cü il tarixində ICESCO​-nun mənzil qərargahında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. 

ICESCO​-nun Baş direktoru Ə.O.ət-Tuveycri Azərbaycan Respublikası, ICESCO​ və BMT-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş “Terrorizmin qarşısının alınması üçün əməkdaşlığa dair Beynəlxalq Konfrans”da, Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO​-nun dəstəyi ilə Bakıda keçirilən “İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda (29 may-1 iyun 2013-cü il), “Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu”nda (31 oktyabr1 noyabr 2013-cü il) iştirak etmək məqsədilə ölkəmizdə səfərlərdə olmuşdur.

2224 oktyabr 2013-cü il tarixlərində Bakıda “ICESCO​-nun Asiya regionu ölkələri üzrə Milli komissiyaları baş katiblərinin regional iclası” keçirilmişdir.

1112 noyabr 2013-cü il tarixlərində Bakı şəhəri “ICESCO​-ya üzv ölkələrin Uşaq Məsələləri üzrə nazirlərinin IV Konfransı”na ev sahibliyi etmişdir. Konfransın əsas mövzusu islam dünyasında uşaqlar və urbanizasiya problemləri olmuşdur. Konfransdan əvvəl 89 noyabr tarixlərində ICESCO​-ya üzv ölkələrin uşaq məsələləri üzrə yüksək səviyyəli ekspertlərinin görüşü keçirilmişdir.

2014-cü ilin 11 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi şəhərində keçirilmiş “Müsəlman cəmiyyətlərində sülhün təşviqi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycanla bağlı xüsusi tədbir təşkil edilmişdir.

2014-cü ilin 24-26 aprel tarixlərində Bakı şəhərində keçirilmiş  İslam Dünyasının Gənc (20 yaşadək) klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq festival-müsabiqəsinə ICESCO​ tərəfindən təşkilati dəstək göstərilmişdir.

2014-cü ilin 19 noyabr tarixində ICESCO​ Baş direktoru Ə.O.əl-Tuveycri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilmişdir.

2015-ci ilin 2324 noyabr tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının İcraiyyə Şurasının 36-cı sessiyası Bakıda keçirilmişdir.

2015-ci ilin Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası və ICESCO​ arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə ICESCO​ Baş direktoru Ə.O. əl-Tuveycri “Dostluq” ordeni ilə təltif edilmişdir.

2627 noyabr 2015-ci il tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci Baş Konfransı Bakıda keçirilmişdir. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı, ICESCO​-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir.

11 Noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunun imzalanmasında məqsəd Dövlət Agentliyi və ICESCO arasında mövcud ikitərəfli əməkdaşlığı daha da gücləndirmək, ICESCO​-ya üzv ölkələrdə dövlət xidmətlərinin göstərilməsi sahəsini daha da təkmilləşdirmək üçün "ASAN xidmət" modelinin tətbiqi üzrə əməkdaşlığı təşviq etdirməkdən ibarətdir. 

2018-ci il 20 iyun tarixində Naxçıvanda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı2018”in açılış tədbiri keçirilmişdir. Tədbirdə ICESCO-nun sabiq​ Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və müxtəlif ölkələrdən gəlmiş rəsmi qonaqlar iştirak etmişlər.